Ermənistanda partiya binası yaxınlığında partlayıcı qurğu aşkar edilib 23-02-2024, 09:02 İrəvanda hakim “Mülki müqavilə” fraksiyasının üzvü Qurgen Arsenyanın rəhbərlik etdiyi partiyanın binası yaxınlığında partlayıcı qurğu aşkar edilib.Saat 20:30 radələrində Gülbenkyan küçəsində yerləşən binanın yaxınlığında partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub.Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları bombanı zərərsizləşdirərək təhlükəsiz yerə daşıyıblar. Facebook-da paylaş