Ucarda mühafizəçi iş yerində ölü tapıldı

24-02-2024, 11:14           
Ucarda mühafizəçi iş yerində ölü tapıldı
Ucar sakini iş yerində ölü tapılıb.
TEREF APA-ya istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü Şakir Xasıyevin rayon ərazisində fəaliyyət göstərən sexin mühafizə otağında meyiti aşkarlanıb.

Şakir Xasıyevin 2 ilə yaxındır həmin sexdə çalışdığı bildirilir. O, özəl mühafizə fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.