Bal yanlış üsulla bütün dəyərlərini itirə bilər

24-02-2024, 11:58           
Bal yanlış üsulla bütün dəyərlərini itirə bilər
Bal və süd ikisi də sağlam qidalar kimi tanınır. Bal antioksidan xüsusiyyətlərə malikdir, süddə isə kalsium, zülal və digər vacib qidalar var. Buna görə də, balın südlə birləşməsi ləzzətli bir dad yaratmaqla yanaşı onun qida dəyərini də artırır.Foodinfo.az xəbər verir ki, balı südlə birləşdirərkən nəzərə alınmalı vacib bir məqam var. Məlum olduğu kimi, balın yüksək temperaturda emal edilməsi onun tərkibindəki qiymətli fermentləri və antioksidantları məhv edə bilər. Ona görə də balı südlə qarışdırarkən isti süddən istifadə etməkdən çəkinmək lazımdır. İsti süd balın tərkibindəki fermentləri zərərsizləşdirə və onun antioksidan xüsusiyyətlərini azalda bilər. Balı qida maddələrini itirməməsi və dadını saxlaması üçün ilıq və ya otaq temperaturunda olan südə əlavə etmək lazımdır.Bundan əlavə, balı isti içkilərə əlavə etmək əvəzinə soyuq içkilərdə və ya desertlərdə istifadə etmək daha məqsədəuyğundur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru