Saxlanılan şəxs bölmədə polisə hücum edib, silahı götürüb və…

27-02-2024, 12:18           
Saxlanılan şəxs bölmədə polisə hücum edib, silahı götürüb və…
Çelyabinsk vilayətinin sakini polis əməkdaşına hücum edərək qaçmağa cəhd etdiyi üçün saxlanılıb.

32gun.az bildirir ki, bu barədə Life Shot" məlumat yayıb. .

Hadisə Yemanjelinskdə baş verib . Mənbənin sözlərinə görə, şəxs telefon oğurlayıb, lakin həmin şəxs tez tapılaraq şöbəyə aparılıb. Orada o, polis kapitanına yumruqları ilə hücum edərək onu döyüb, daha sonra silahını götürərək qaçmağa cəhd edib. O, digər polis əməkdaşı tərəfindən saxlanılıb.

Nəticədə zərərçəkmiş qapalı kəllə-beyin travması, beyin silkələnməsi və ayağının sınığı ilə xəstəxanaya yerləşdirilib.

Şübhəli şəxsə qarşı dövlət məmuruna zor tətbiq etmə və silah oğurlama maddələri ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs 25 ilə qədər həbs cəzası ala bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.