Ramanıda faciə: Dəm qazından ölənlər kimdir? - VİDEO

19-04-2024, 11:46           
Ramanıda faciə: Dəm qazından ölənlər kimdir? - VİDEO
Ramana qəsəbəsində hamam otağından qızla oğlanın meyiti tapılıb.

"Cebhe.info" xəbər verir ki, ATV-nin çəkiliş qrupu həmin ünvanda olub.

Dünyasını faciəvi dəyişən 37 yaşlı Ələmdar Babayev subay olub və ailəsi ilə birgə yaşayıb. Onunla birgə dəm qazından boğulan qız isə uşaq evində böyüyüb. Onların necə tanış olduqlarını valideynləri də bilmir.

"Qız kimsəsiz idi, o qıza o qədər yazığı gəlirdi ki, arada gəlirdi yemək-filan verirdi. Bu mənzildə, zirzəmidə qalırdı... Bunlar yatırdı gecə saat 1-2 olardı, oğlan deyib ki çiməcəm. Hamamda da problem var idi. Bu gedib çimib. Nə olub-olmadığını bilmirik".













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.