İranda qanunsuz mühacirlər saxlanılıb

22-04-2024, 00:11           
İranda qanunsuz mühacirlər saxlanılıb
İran ordusu cənub-şərq sərhəd bölgələrində 50 minə yaxın qeyri-qanuni əcnəbi şəxs saxlayıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu İran ordusu komandanlığının sözçüsü bildirib.

General Əmir Qulamalyanın sözlərinə görə, ordunun Cənub-Şərqi Regional Bazasının əsgərləri bölgədə pusqu əməliyyatlarında 49,800-ə yaxın qeyri-qanuni əcnəbini saxlayıb və onları sərhəd polisinə təhvil veriblər.

Komandir vurğulayıb ki, saxlanılan mühacirlər Xarici İşlər Nazirliyinin təsdiqindən sonra öz ölkələrinə deportasiya edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru