Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər

22-04-2024, 15:24           
Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər
Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər.Amaniyalı və hollandiyalı tədqiqatçılar bununla bağlı xüsusi araşdırma aparıblar.Araşdırma nəticəsində alimlər fiziki təmasın təsirini anlamaq üçün 10 minə yaxın insanın iştirak etdiyi 200-dən çox araşdırmanı təhlil ediblər. Onlar müəyyənləşdiriblər ki, hətta “kiçik” və “zərif” toxunuşlar, yaş qrupundan asılı olmayaraq, onların müddəti və tezliyindən çox, ağrı, narahatlıq və depressiyaya müsbət təsir göstərir. Heyvanlarla, eləcə də insanlarla fiziki təmas psixi sağlamlıqda əsas rol oynayır.Araşdırmada yeni doğulan körpələrlə valideynlərin təmasının vacibliyinə diqqət çəkilib, insanlar arasında fiziki təmasın sonrakı yaşlarda psixi sağlamlıq üçün vacib olaraq qaldığı qeyd edilib. Tədqiqatçılar, fiziki təmasın insanların həyatına daxil edilməsinin ümumi sağlamlığı yaxşılaşdırmaq üçün sadə və təsirli bir üsul ola biləcəyini sübuta yetiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru