45 yaşlı kişinin qaçırdığı qız ailəsinə qaytarıldı

24-04-2024, 11:45           
45 yaşlı kişinin qaçırdığı qız ailəsinə qaytarıldı
Bərdə rayonunda evlənmək məqsədilə qaçırılmış qız tapılıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Qaynarinfo-ya bildirilib ki, keçirilmiş tədbirlərlə qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılıb. O, ailə üzvlərinə təhvil verilib.

Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən evlənmək məqsədilə qaçırılması iddia edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru