Rusiyalı məktəblilər helikopter məhv etdilər

12-09-2024, 16:24           
Rusiyalı məktəblilər helikopter məhv etdilər
İki rusiyalı yeniyetmə “Mi-8” hərbi helikopterini partlayıcı maye və siqaretdən istifadə edərək məhv edib.

Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, 13 və 14 yaşlı yeniyetmələr helikopterin yerləşdiyi meydançaya yollanaraq onun üzərinə yanar maye ilə səpiblər.

Sonra oğlanlar siqaret çəkmək qərarına gəlib. Onlardan biri yanan tütün məhsulunu helikopterin üzərinə atan zaman partlayış baş verib.

Yeniyetmələr ağır yanıq xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.

Onlar ifadələrində bunun üçün naməlum şəxsdən tapşırıq aldıqlarını və qarşılığında onlara 5 milyon rubl (təxminən 93 min AZN) vəd edildiyi bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru