Ukrayna Rusiya dronlarının Odesaya hücumu nəticəsində 2 nəfərin yaralandığını bildirib

Bu gün, 07:45           
Ukrayna Rusiya dronlarının Odesaya hücumu nəticəsində 2 nəfərin yaralandığını bildirib
Ukrayna rəsmiləri çərşənbə günü Rusiyanın pilotsuz təyyarəsinin Odesa liman infrastrukturunu hədəf aldığını bildirib. Hücum nəticəsində iki yük maşını sürücüsünün yaralandığını xəbər verilib.

Ukrayna ordusu bildirir ki, sözügedən hücum 32 pilotsuz uçuş aparatının iştirak etdiyi bir sıra hava hücumlarının bir hissəsidir.

Ukraynanın hava hücumundan müdafiə qüvvələri 11 pilotsuz təyyarəni vurub. 10 pilotsuz təyyarə isə elektronik cavab tədbirləri nəticəsində qəzaya uğrayıb.

Ukrayna Hərbi Hava Qüvvələri Kirovohrad, Odesa və Sumı vilayətləri üzərində pilotsuz təyyarələri vurduğunu bildirib.

Sumı rəsmiləri bildiriblər ki, oradakı hücumlar kritik infrastruktur obyektlərini hədəf alıb.

Çerkaski vilayətinin qubernatoru Telegram-da vurulan pilotsuz təyyarənin qırııntılarının elektrik xəttinə, Dnepropetrovsk qubernatoru isə Rusiyanın pilotsuz təyyarələr və artilleriyadan istifadə etdiyi hücumların bölgədəki infrastruktura zərər vurduğunu bildirib.

Digər tərəfdən Rusiya Müdafiə Nazirliyi çərşənbə günü bildirib ki, Belqorod vilayətində gecə ərzində Ukraynaya məxsus altı pilotsuz təyyarəni vurub.

Belqorod qubernatoru bildirib ki, hücumlar nəticəsində bir neçə ev dağılıb və kənd təsərrüfatı binasının damı zədələnib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.