Bakıda iki avtobus toqquşdu: yaralılar var

29-05-2015, 09:54           
Bakıda iki avtobus toqquşdu: yaralılar var
Bu gün Bakının Sabunçu rayonunda iki sərnişin avtobusu bir-birinə çırpılıb. Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, "Komsomolski" dairəsi adlanan ərazidə Mərdəkandan şəhərə gələn 100 saylı, "Daewoo" markalı, 10 TY 274 nömrə nişanlı avtobusla "Hyundai" markalı avtobus toqquşub.

Qəza nəticəsində sərnişin avtobusunda 4 sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, qəzaya uğrayan "Hyundai" markalı avtobus Heydər Əliyev Beynəlxalq Aeroportuna məxsus olub.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.