Tərəvəzləri necə düzgün yumaq olar

28-10-2024, 09:58           
Tərəvəzləri necə düzgün yumaq olar
Tərəvəz və meyvələr axan suyun altında əllərinizlə və ya fırça ilə yuyulmalıdır. Qabyuyan yuyucu vasitə və ya sabundan istifadə etmək tövsiyə edilmir. Foodinfo.az xəbər verir ki, kartof, turp, yerkökü, çuğunduru 10-15 dəqiqə ilıq suda islatmaq lazımdır. Sonra bir fırça ilə yaxşıca təmizləyin və yenidən yuyun.Kələmi sərin su ilə yumazdan əvvəl, yarpaqların üst qatını çıxarın. Yaxşı olar ki, gül kələm və brokolini əvvəlcədən sərin suda isladıb qaralmış yerləri çıxarasınız.Əvvəlcə göyərtiləri çeşidləməlisiniz. Kökləri, saralmış və zədələnmiş yarpaqları çıxarın. Sonra onu sərin suda 15 dəqiqə isladın və bütün çirklər dibinə çökənə qədər suyu vaxtaşırı dəyişdirərək, ayrı-ayrı yarpaqlara və budaqlara ayırın. Bundan sonra axan su ilə yuyun.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru