Ümid möcüzələr yaradır

28-10-2024, 11:25           
Ümid möcüzələr yaradır
1950-ci illərdə Harvard Universitetində aparılan qəddar bir araşdırma zamanı, doktor Kurt Rixter siçovulların suda nə qədər dayana bilməsini yoxlamaq məqsədilə onları xüsusi hovuza buraxmışdı. Siçovullar ortalama 15 dəqiqə üzdükdən sonra təslim olur və boğulurdular. Lakin, gücləri tükənib batmağa başladıqları anda araşdırmaçılar siçovulları sudan çıxarır, qurudur, güclərinin bərpası üçün bir qədər istirahət verdikdən sonra təkrarən hovuza qaytarırdılar.
Bəs sizcə ikinci raundda siçovullar nə qədər tab gətirirdilər?
Yenə 15 dəqiqə?
Daha çox?
Yoxsa daha az?
60 saat. Bəli, tam 60 saat. Araşdırmanın nəticəsi göstərirdi ki, siçovullar artıq xilas olunacaqlarına inandıqları üçün, əvvəldən mümkünsüz görünən bir müddət ərzində suda qalmağı bacarmışdılar. Xilas üçün bir ümid siçovulları bu qədər uzun müddət mübarizə aparmağa məcbur edir.
Ümid möcüzələr yaradır..
Famil Hüseynli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru