Bakı-Sumqayıt qatarlarının bəzi reysləri müvəqqəti ləğv edilib - Açıqlama

30-10-2024, 00:16           
Bakı-Sumqayıt qatarlarının bəzi reysləri müvəqqəti ləğv edilib - Açıqlama
Noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirlərinə hazırlıq çərçivəsində sərnişindaşıma xidmətinin təhlükəsiz və vaxtında həyata keçirilməsi üçün profilaktik tədbirlərin görülməsi məqsədilə Abşeron dairəvi dəmiryol xətti üzrə texniki fasilə verilir.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Qeyd edilib ki, 30 oktyabr-7 noyabr tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu ilə qeyri-pik saatlarda yola düşən qatarların hərəkət cədvəlinə müvəqqəti dəyişiklik edilir: "Həmin tarixlərdə bu marşrut üzrə Bakıdan saat 09:30 və saat 10:00-da, Sumqayıtdan isə saat 10:00 və saat 11:00-da yola düşən sürət elektrik qatarlarının reysləri müvəqqəti olaraq ləğv edilir.

Digər qatarlar 16 sentyabrda elan edilən qrafik üzrə hərəkətdə olacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru