32 göyərçin ovladı, ov hüququ əlindən alındı

29-11-2024, 15:44           
32 göyərçin ovladı, ov hüququ əlindən alındı
Ağcabədi rayonunun Salmanbəyli kəndində göyərçin ovlayan şəxsə cəza verilib.

Gununsesi.info xəbər verir ki, 1989-cu il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş G.F. qadağan edilmiş yerdə ov etdiyi üçün saxlanılıb.

O, qadağan edilmiş yerdə 12 kalibrli silahla 32 ədəd göyərçin, 2 ədəd qumru quşu, bir ədəd bildirçin ovlayıb. G.F. barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə protokol tərətib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib və 6 ay müddətə ov hüququ məhdudlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru