Qocalar evinə SİLAHLI HÜCUM: Ölənlər Var
7-12-2024, 08:24
Qocalar evində 3 nəfəri öldürən kişi: "Məqsədim müdiri qorxutmaq idi"Antalyada qocalar evində İzzettin Suğut adlı şəxs 3 nəfəri bıçaqlayaraq öldürüb.
TEREF Sonxeber.az-a istinadən xəbər verir ki, o məhkəmədə ifadəsində 5 ildir qocalar evində yaşadığını və xəstəxanaya getmək üçün rəhbərliyin ona nəqliyyat vasitəsi ayırmadığını bildirib.
O, bu səbəbdən rəhbərliklə mübahisə edib. Suğut: "Epilepsiya xəstəsiyəm. Beynimdə ağır qan sızması var. Müdir məni çağırdı. "Xəstəxanaya taksi ilə gedəcəksən" dedi. Mən pulum olmadığını dedim və mənə qocalar evi maşını verməsini istədim. Lakin etiraz etdi.
Hadisə baş verən gün qocalar evinin müdiri dəhlizdə məni söydü, vurdu. "Səni burdan qovacağam" dedi.
O qəzəblə mətbəxə getdim və tapa bildiyim ilk bıçağı götürdüm. Sonra dostum Əli Serdar Batıra hücum etdim. Səlcuq Goncegül stulda oturmuşdu onu da vurdum. Məqsədim sadəcə müdiri qorxutmaq idi. Ahmet Özdemireli də bıçaqlamışam, amma niyə bıçaqladığımı xatırlamıram", - deyə bildirib.
Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verib və şahidlərin dindirilməsi və işdəki nöqsanların aradan qaldırılması üçün iclası təxirə salıb.