"Husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Səna hava hücumlarına məruz qalıb. Bu barədə "Al-Masirah" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, ümumilikdə 8 hava zərbəsi endirilib. "Al-Arabiya" telekanalının verdiyi məlumata görə, hücum ABŞ və Böyük Britaniya Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ ordusu dekabrın 30 və 31-də husilərin hədəflərinə bir sıra zərbələr endirib.