ABŞ-də maşınını insanların üzərinə sürən şəxsin kimliyi açıqlandı
2-01-2025, 07:08
Bu gün ABŞ-nin Nyu-Orlean şəhərində avtomobilini izdihamın üzərinə sürərək 10 nəfərin ölümünə səbəb olan şəxsin kimliyi açıqlanıb.
“Qafqazinfo” “NBC News”a istinadən xəbər verir ki, ilkin məlumata görə, sözügedən şəxs 42 yaşlı Şamsud Din Cabbardır.
Hazırda insidentin detalları araşdırılır.
Xatırladaq ki, hadisə nəticəsində daha 35 nəfər xəsarət alıb. ABŞ Federal Təhqiqatlar Bürosu insidenti terror aktı adlandırıb və hadisəni törədən şəxsin zərərsizləşdirildiyini açıqlayıb.