Sızanaqlı dərilər üçün ən faydalı üç məhsul

6-01-2025, 12:58           
Sızanaqlı dərilər üçün ən faydalı üç məhsul
Heç kimə sirr deyil ki, yediyimiz qidalar bütövlükdə orqanizmin vəziyyətinə təsir edir. Pəhrizimiz də dərimizin görünüşünə təsir edir. "Belarus Həkimlər Assosiasiyası" ictimai birliyinin sədri Dmitri Şevtsov ONT telekanalına müsahibəsində üzdə səpgilər olduqda hansı məhsullar ən faydalı olduğunu açıqlayıb.Dmitri Şevtsovun qeyd etdiyi kimi qaraciyər və kətan toxumu yağı əsl dəri qoruyucularına çevrilə bilər.Bu qidaların tərkibində B5 və D vitaminləri, həmçinin omeqa-3 və yağ turşuları var. Onlar dəridə iltihabın dərəcəsini azaldır və həmçinin yeni səpgilərin yaranmasının qarşısını alır.O, immunitet sisteminin düzgün işləməsi üçün D vitamininin zəruri olduğunu vurğulayıb. Tədqiqatlar göstərir ki, bu vitamin çatışmazlığı sızanaq riskini artıra bilər.Dmitri Şevtsovun sözlərinə görə, həkimlər gündə 70 qram mal qaraciyəri yeməyi məsləhət görürlər. Kətan yağına gəldikdə isə, yeməkdən 20 dəqiqə əvvəl gündə iki dəfə bir xörək qaşığı qəbul edilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru