Xəstələnəndə yağlı yemək immuniteti azaldır

23-01-2025, 08:08           
Xəstələnəndə yağlı yemək immuniteti azaldır
Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində “Sağlam qidalanma və immunitet” mövzusunda canlı yayım keçirilib. Vətəndaşların suallarını Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev cavablandırıb.İzləyicinin “Vegan və ya vegetarian qidalanma üsulu sağlamlığa xeyirlidirmi?” sualına cavab verərkən həkim bildirib ki, bu cür həyat tərzini tövsiyyə etmir.Zakir Quliyev xüsusilə qan azlığı olan insanların bu cür qidalanmağının sağlamlıq üçün təhlükə yarada biləcəyini deyib.Bədənimizin B12 vitaminin əsas mənbəyi qırmızı heyvan ətidir. Qan azlığı olan insanların bu qidadan imtina etməsinin fəsadları ola bilər deyə, mütəxəssis bildirib.Ekspert günəşdən aldlğımınz D vitaminini həm də süd və süd məhsullarından qəbul etdiyimiz üçün, veganların isə məhz bu ərzaqlardan imtina etməyini onların sağlamlıqlarına təhlükə ola biləcəyini vurğulayıb.Zakir Quliyev bildirib ki, sağlam qidalanma dedikdə çox kalorili deyil, vitaminlə zəngin məhsulların qədərində istehlakı başa düşülməlidir. Həkim eyni zamanda suyun da qidalanma rasionuna aid olduğunu xüsusilə vurğulayıb.Ekspert soyuq aylarda, qrip zamanı çox yağlı yeməyin də əleyhinə olduğunu və yüksək kalorili qidaların immuniteti möhkəmlətmədiyini, əksinə zəiflətdiyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru