Xərçəng hüceyrələrini öldürən bakteriya robotları yaradılıb

23-01-2025, 08:54           
Xərçəng hüceyrələrini öldürən bakteriya robotları yaradılıb
Elm adamları xərçəngin müalicəsi üçün yeni və tamamilə fantastik üsul hazırlayıblar. Foodinfo.az bildirir ki, onlar xərçəng əleyhinə dərmanlarla dolu “Troya atı” rolunu oynayaraq, şiş hüceyrələrinə xüsusi bakteriyalar “qoyurlar”.Bu bakteriyalar bədxassəli hüceyrələrə daxil olduqda ölür və dərmanlar buraxılaraq şişi içəridən öldürür. Bu müalicə həm bədxassəli hüceyrələrə, həm də sağlam olanlara hücum edən və xəstənin bədəninə böyük ziyan vuran ənənəvi kimyaterapiyadan qat-qat təhlükəsizdir.Molecular Therapy jurnalında xərçəngin yeni müalicə üsulu haqqında məqalə dərc olunub. Qaraciyər, yumurtalıq və metastatik döş xərçənginin müalicəsində sınaqdan keçirilmiş və heyvanlarda yaxşı işləyir. Yeni terapiyanın insanlarda sınaqdan keçirilməsi üçün hazırlıqlar davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru