Bu meyvə qurusu qan şəkərini anidən yüksəldir

25-01-2025, 09:58           
Bu meyvə qurusu qan şəkərini anidən yüksəldir
Ərik qan şəkərinin yüksəlməsinə səbəb ola biləcək meyvələrdən biridir, xüsusilə qurudulmuş ərik (qaysı qurusu) şəkər tərkibi baxımından daha yüksəkdir. Foodinfo.az xəbər verir ki, ərik təzə halda istehlak edildikdə aşağı glisemik indeksə malik olduğu üçün qan şəkərini tədricən artırır. Lakin qaysıda su miqdarı azaldığı üçün şəkər konsentrasiyası xeyli yüksəlir və bu, qan şəkərinin sürətlə artmasına səbəb olur. Qaysı təbii şəkər (fruktoza) və liflə zəngin olsa da, artıq miqdarda istehlak edildikdə diabet xəstələri və ya qan şəkəri səviyyəsini nəzarətdə saxlamalı olanlar üçün problem yarada bilər. Xüsusilə şəkər əlavə edilən qaysı quruları bu təsiri daha da artırır. Ümumilikdə, qaysının faydalarından yararlanmaq üçün balanslı istehlak vacibdir. Qan şəkəri problemi olanlar mütləq dietoloq və ya həkimlə məsləhətləşməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru