Bakıda kafeyə basqın edildi - XƏSARƏT ALAN VAR

24-01-2025, 11:50           
Bakıda kafeyə basqın edildi - XƏSARƏT ALAN VAR
Ötən gün Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən kafelərin birinə basqın olub.

Bu barədə DİN məlumat yayıb.

Məlumatda bildirilib ki, kafeyə daxil olan naməlum şəxs gözətçiyə dəmir parçası ilə xəsarət yetirərək onu quldurluq yolu ilə talayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Məhərrəmov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru