Soğan soyuducuda saxlandıqda qida dəyəri ölürmü?

18-02-2025, 09:08           
Soğan soyuducuda saxlandıqda qida dəyəri ölürmü?
Soğanı soyuducuda saxlamaq onun qida dəyərini tamamilə məhv etmir, amma bəzi dəyişikliklərə səbəb ola bilir. Foodinfo.az xəbər verir ki, soğan soyuducuda saxlananda C vitamini, kalium və digər mineralları qalır. Lakin soyuducuda soğan nəmlənə, yumşala və daha tez xarab ola bilər. Bu da onun bişəndə dadının dəyişməsinə səbəb olur. Əgər soğan artıq doğranıbsa, hava keçirməyən qabda 2-3 gün soyuducuda saxlanıla bilər. Bişirilmiş soğan 4-5 gün soyuducuda qala bilər. Bütöv soğanı isə soyuducuda saxlamaq olmaz, çünki bu kiflənməyə və yumşalmaya səbəb olur.Ən yaxşı üsul soğanı sərin, quru və hava dövranı olan yerdə saxlamaqdır. Məsələn, quru bir səbətdə və ya torlu çantada saxlamaq daha uzun müddət təzə qalmasına kömək edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru