Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikiliyi olub.
Azvision.az xəbər verir ki, vəzifəsindən uzaqlaşdırılan Biləsuvar Rayon Polis Şöbəsinin rəisi Saleh Abdullayevə daha önəmli vəzifə verilib.
Belə ki, sonuncu kollegiya iclasında şiddətli töhmət cəzası alan, sonra isə işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilərək sərəncama göndərilən polis polkovniki Saleh Abdullayev daxili işlər naziri Ramil Usubovun əmri ilə DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboruna rəis təyin edilib.