Heydər Əliyev prospekti 10 saat bağlı qalacaq

3-06-2015, 11:06           
Heydər Əliyev prospekti 10 saat bağlı qalacaq
Olimpiya Stadionunda keçiriləcək sınaq tədbiri ilə əlaqədar Heydər Əliyev prospekti 10 saat bağlı olacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Axar.az-a verilən məlumata görə, Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 2:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq. Eyni zamanda, Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.