Səhər yeməyinə yumurta əlavə etmək gün boyu enerjini artırır

5-06-2025, 10:08           
Səhər yeməyinə yumurta əlavə etmək gün boyu enerjini artırır
Səhər yeməyində yumurtadan istifadə gün ərzində toxluq hissini artırır və zehni fəaliyyəti dəstəkləyir.
Bu barədə diyetoloq Marina Apletayeva “Komsomolskaya Pravda”ya açıqlamasında deyib. Onun sözlərinə görə, yumurta zülallarla zəngin olduğu üçün səhərlər orqanizmin enerji balansını qorumağa kömək edir.“Bir ədəd qaynadılmış yumurta uzun müddət tox saxlayır, eyni zamanda B qrupu vitaminləri ilə sinir sistemini gücləndirir”, – deyə Apletayeva vurğulayıb. O, yumurtanı tərəvəzlərlə birlikdə qəbul etməyin bağırsaq fəaliyyəti üçün də faydalı olduğunu əlavə edib.
Mütəxəssis qeyd edib ki, uşaqlar və böyüklər üçün gündə bir və ya iki yumurta sağlam bir qidalanma nümunəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru