Yeni mesajlaşma proqramı istifadəyə verildi

5-06-2025, 15:34           
Yeni mesajlaşma proqramı istifadəyə verildi
İlon Maskın vəd etdiyi təhlükəsiz mesajlaşma sistemi istifadəyə verilib.

Metbuat.az xəbər verir ki, X platformasındakı klassik “DM” (birbaşa mesaj) sistemi “XChat” adlı yeni və şifrəli mesajlaşma sistemi ilə əvəz olunub. Məlumata görə, X tətbiqi vasitəsilə əldə edilə bilən bu sistem, istifadəçilərin şəxsi məlumatlarını qorumaq məqsədi daşıyan qabaqcıl təhlükəsizlik tədbirləri ilə təchiz edilib. Maskın açıqlamasına görə, “Xchat” bəzi ölkələrdə artıq istifadəyə verilib. Yeni sistem şifrələnmiş mesajlar göndərmək, oxunduqdan sonra yoxa çıxan mesajları paylaşmaq, faylları köçürmək, platformalar arasında səsli və video zənglər etmək kimi funksiyalar təqdim edir.

Üstəlik, bu funksiyalar üçün ödənişli abunə tələbi yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru