Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı açıqlandı

5-06-2025, 09:36           
Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı açıqlandı
"Digər ölkələrdən Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gələn zəvvarların sayı 1.5 milyon nəfəri ötüb".

Oxu.Az "Al Ekhbariya" telekanalına istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin rəsmi nümayəndəsi Həssən Ən-Nuaymi deyib.

Onun sözlərinə görə, nazirliyin 94 mindən çox əməkdaşı zəvvarların təhlükəsizliyinin təmin edilməsi üzərində işləyir:

"Nazirlik digər hökumət qurumları və hüquq-mühafizə orqanları ilə birlikdə Həcc ziyarəti üçün lazım olan xüsusi icazələrin olub-olmadığını yoxlayır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru