37 yaşlı kişi küçədə öldü

13-06-2025, 00:11           
37 yaşlı kişi küçədə öldü
Göygöldə 37 yaşlı kişi küçədə dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini 1988-ci il təvəllüdlü N.Budaqovun kənd ərazisində olan zaman halı qəfil pisləşib.

Ona dərhal təcili tibbi yardım birqadası çağırılıb. Müayinə zamanı onun öldüyü məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Mərhumun meyti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru