Rusiyada faciə: Bir ailə çayda batdı Bu gün, 15:44 Rusiyanın Vladimir vilayətinin Petuşin rayonunda üç nəfərdən ibarət ailə - ər, arvad və onların yeniyetmə oğlu Klyazma çayında batıb.Mk.ru xəbər verir ki, bu barədə Regional Təhlükəsizlik Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.Məlumata görə, iyulun 15-də başlamış axtarış-xilasetmə işləri Krutovo kəndi ərazisində aparılıb.Atanın cəsədi həmin gün balıqçılar, ananın və 1992-ci il təvvəllüdlü oğulun meyiti isə iyulun 16-da xilasedicilər tərəfindən aşkarlanıb.Fakt üzrə araşdırma aparılır. Facebook-da paylaş