Boğulan gəncin meyitində qan izləri: Hərbi xidmətə hazırlaşan Məhəmməd doğum günündə öldü VİDEO

Dünən, 10:37           
Boğulan gəncin meyitində qan izləri:
Hərbi xidmətə hazırlaşan gənc doğum günündə dənizdə boğulub.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, ötən gün günorta saatlarında Məhəmməd İsmayılov dostu ilə birlikdə ad gününü qeyd etmək üçün dənizə gedib. Dənizə daxil olduqdan sonra onu tapmaq mümkün olmayıb.

Axtarışlardan sonra yeniyetmənin meyiti tapılaraq dənizdən çıxarılıb. Onun üzərində qan izləri olduğundan başının qayalara dəyərək öldüyü ehtimal edilir.

Mərhumun atası bildirib ki, Məhəmməd onun tək övladı idi. Oğlunun yanında gələn dostunu isə tanımır. Onun 50-55 yaşı olardı.

Qeyd edək ki, həmin ərazi qeyri-çimərlik zonası olduğundan hadisəyə dərhal müdaxilə etmək mümkün olmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru