Özünü asaraq öldürən müəllimənin intihar məktubu tapıldı

24-11-2016, 08:58           
Özünü asaraq öldürən müəllimənin intihar məktubu tapıldı
Abşeron rayonunda 66 yaşlı müəllim özünü yaşadığı evdə asaraq intihar edib.

Hadisə Xırdalan şəhəri, Füzuli küçəsindəki evlərdən birində qeydə alınıb.

Belə ki, 1950-ci il təvvəllüdlü Mirzəyeva Azelma Xamis qızı yaşadığı evdə özünü asaraq intihar edib.

Məlumata görə, A.Mirzəyevanın meyiti onun evinə fərdi təhsil almağa gələn şagirdləri tərəfindən aşkarlanıb.

Polis əməkdaşlarının hadisə baş verən evə keçirdiyi baxış zamanı evin qonaq otağında stolun üzərində "Mənim ölümümdə heç kəsi günahlandırmayın" yazısı olan kağız parçası tapılıb.
Qeyd edək ki, A.Mirzəyeva 297 saylı orta məktəbdə 39 il İngilis dili müəllimi kimi fəaliyyət göstərib. Onun həyat yoldaşı 15 il bundan qabaq vəfat edib, övladı yoxdur.

297 saylı orta məktəbdən verilən məlumata görə, A.Mirzəyeva 2015-ci ildə təqaüdə çıxıb. O, 2002-ci ildə respublika üzrə "İlin ən yaxşı müəllimi" 2-ci dərəcəli diplomuna layiq görülüb.

Faktla bağlı araşdırmalara başlanılıb. Müəllimin intihar etməsinin səbəbləri araşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.