Avtomobilində sıxılmış vəziyyətdə qalmış üç cəsəd aşkarlandı- Ailə faciəsi

24-11-2016, 12:30           
Avtomobilində sıxılmış vəziyyətdə qalmış üç cəsəd aşkarlandı- Ailə faciəsi
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Ələt magistralının 48-ci kilometrliyində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, Qaradağ rayonunun Qobustan qəsəbəsidə “Opel” markalı minik avtomobili dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılıb.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış üç cəsəd (kişi, qadın və uşaq) çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru