Azərbaycan İsrailə yardım üçün təyyarə göndərdi

25-11-2016, 02:21           
Azərbaycan İsrailə yardım üçün təyyarə göndərdi
Azərbaycan İsrailə ölkədə tüğyan edən meşə yanğınları ilə mübarizədə yardım əli uzatdı.

Virtualaz.org bildirir ki, bunu İsrail KİV-i yazıb.

Xəbərlərdə deyilir ki, yanğınların söndürülməsinə kömək üçün ən yaxın saatlarda Azərbaycandan təyyarə gələcək. Daha iki təyyarəni Ukrayna göndərib.

Qeyd edək ki, güclü meşə yanğınları bu həftə İsrailin bir neçə rayonunda eyni vaxtda başlayıb. Yanğın hazırda Yerusəlimin yaxınlığındakı Nataf qəsəbəsi ərazisində daha çox tüğyan edir. Tel-Əviv və Yerusəlim arasında yerləşən Latruna ərazisindəki meşələr və kolluqlar da yanır.

Yanğınlara görə şimaldakı Hayfa, Xader və Zixron-Yaakov şəhərlərinin girişlərində gərgin vəziyyət müşahidə olunur. Bir sıra rayonlarda fövqəladə rejim elan olunub və əhali təxliyə edilib. Zixron-Yaakov ərazisində yaşayanlardan isə 25 noyabra qədər öz evlərinə qayıtmamaq xahiş olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru