Salyanda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

25-11-2016, 09:48           
Salyanda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
Salyanda ana və uşaqları dəm qazından zəhərlənib.
Gununsesi.info-nun məlumatına görə, dəm qazından zəhərlənmə Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb. Kənd sakini, 1977-ci il təvəllüdlü Əsədova Pərvanə Adışirin qızı, oğlu 2001-ci il təvəllüdlü Əsədzadə Seymur və daha iki övladı dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onlardan ana və 15 yaşlı Seymur reanimasiya şöbəsinə yerləşdirilib. Qismən yüngül zəhərlənmə diaqnozu alan digər iki ailə üzvü həkimlərin yardımından sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.vvvvvv












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru