3 yaşlı uşağın qolu ətçəkən maşında qaldı

26-11-2016, 18:31           
3 yaşlı uşağın qolu ətçəkən maşında qaldı
Masallıda bədbəxt hadisə baş verib.

teref.az APA-a istinadən xəbər verik ki, hadisə bu gün rayonun Qızılağac kəndində qeydə alınıb. Valideynlərin gözündən yayınıb nəzarətsiz qalan 3 yaşlı qız uşağı elektrik ət maşınını hərəkətə gətirib. Nəticədə uşağın sağ qolu dirsəyinə qədər ət maşınında qalıb. Uşağın qışqırığına yetişən valideynləri onu dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan bildirilib ki, qolu ət maşınında qalan 2013-cü il təvəllüdlü Şahanə Pərviz qızı Əsgərovadır. Həkimlərin çağırışına əsasən Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri xəstəxanaya gəliblər. Onlar kəsici alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək, uşağın ağır şəkildə zədələnmiş qolunu oradan çıxarıblar. Nəticədə qızın üç barmağı ciddi xəsarət alıb. Ona zəruri ilkin tibbi yardım göstərilib. Lakin 3 yaşlı Şahanənin vəziyyəti ağır olduğundan onun Bakıya göndərilməsi tövsiyə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru