Bakıda polis rəisinin oğlu qəza törətdi - Foto

29-11-2016, 01:21           
Bakıda polis rəisinin oğlu qəza törətdi - Foto
Bir neçə gün öncə Bakıda ABŞ səfirliyinin avtomobili qəzaya uğrayıb.

Missiya.az-a verilən məlumata görə, hadisə Nəsimi rayonu Azadlıq prospektində baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, prospektlə hərəkət edən "Gelandevagen" markalı avtomobil ABŞ səfirliyinə məxsus GMC markalı maşına çırpılıb. Qəza zamanı ABŞ səfirliyinin əməkdaşının yüngül xəsarət aldığı deyilir.

Məlumata görə, qəzanı törədən 777 dövlət nömrə nişanlı "Gelandevagen" avtomobili Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyevin oğlu İdris Hənifəyevə məxsusdur.

Qəzaya səbəb sürət həddinin aşılması və ara məsafəsinin qorunmaması olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru