Bakıda 22 yaşlı gözətçi iş yerində öldürüldü — Pul üstündə

29-11-2016, 01:31           

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsi 2-ci Albalılıq sahəsində bağ evlərindən birində qeydə alınıb.

Orada gözətçi işləyən 1994-cü il təvəllüdlü Vüqar Əlizadə münaqişə zəminində həmyerlisi, 1993-cü il təvəllüdlü Kamran Quliyev tərəfindən bıçaqlanıb. Vüqar Əlizadə hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən Kamran Quliyev könüllü olaraq 14-cü polis bölməsinə gələrək təslim olub. Hadisənin pul üstündə baş verdiyi bildirilir.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru