Qadın sərnişin özünü təyyarədən yerə atdı

29-11-2016, 23:15           
Qadın sərnişin özünü təyyarədən yerə atdı
ABŞ-ın Hyuston şəhərinin Corc Buş adına hava limanında qadın sərnişin təyyarənin qəza çıxışından özünü yerə atıb.

Oxu.Az Fox News-a istinadən xəbər verir ki, hadisə təyyarənin eniş etdikdən sonra uçma-enmə zolağında hərəkətdə olduğu zaman baş verib.

Nəşrin məlumatına görə, qadın təyyarənin qanadına çıxıb və oradan yerə tullanıb. Terminallara tərəf qaçan sərnişin polis tərəfindən saxlanılıb.

Qeyd olunur ki, qadın FBI əməkdaşları tərəfindən dindirildikdən sonra polisə təhvil verilib. Sərnişinə psixiatriya ekspertizası təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru