“Neftin qiyməti 10 dollaradək ucuzlaşa bilər” –Proqnoz

30-11-2016, 01:36           

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) sabah Vyanadakı iclasında kartelə üzv ölkələr hasilatın azaldılması barədə razılıq əldə etməsələr, neftin qiyməti 10 dollara qədər ucuzlaşa bilər.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, dünyanın ən böyük neft treyder şirkəti olan "Gunvor Group”un idarə heyətinin sədri Torbjörn Törnqvist bu qənaətdədir.

"OPEC-ə üzv ölkələr razılığa gələ bilməsələr, neftin qiyməti 10 dollaradək ucuzlaşa bilər. Əgər hər hansı razılıq əldə olunsa isə "qara qızıl”ın qiymətinin 50 dolları keçəcəyi ehtimal olunur. Hesab edirəm ki, OPEC razılığa gələcək”, – deyə T.Törnqvist əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru