Lənkəranskinin ən yaxın adamı Türkiyədə azadlığa buraxıldı

30-11-2016, 01:39           
Lənkəranskinin ən yaxın adamı Türkiyədə azadlığa buraxıldı
Kriminal aləmdə “Hacı Beyləqanski” kimi tanınan “qanuni oğru” Hacıbaba Talıbxanlı Türkiyədə azadlığa buraxılıb.Aznews.az xəbər verir ki, azadlığa çıxan “qanuni oğru”nun görüşünə bir çox kriminal avtoritetlər gəliblər.
R.Lənkəranskinin ölümündən sonra onun tərəfdarları ilə digər “qanuni oğru”lar arasında ədavət daha da artıb. Belə ki, R.Lənkəranskinin nəzarətində olan bazarları, obyektləri ələ keçirmək uğrunda mübarizə güclənib.
Xatırladaq ki, Rövşən Canıyevin “sağ əli” sayılan Hacı Beyləqanski R.Lənkəranskinin qətlində şübhəli bilinərək Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. H.Beyləqanski son illər R.Lənkəranskinin ən yaxın adamlarından biri hesab olunurdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru