"TransTech Capital LLP" şirkətinin nümayəndəsi BBF-də olub

30-11-2016, 16:15           
"TransTech Capital LLP" şirkətinin nümayəndəsi BBF-də olub
"TransTech Capital LLP" şirkətinin baş tərəfdaşı Mahmut Sinoplu “Baku Business Factory”nin (BBF) ofisini ziyarət edib.
“Report” xəbər verir ki, M.Sinoplu “Baku Business Factory”nin İdarə Heyətinin üzvü Anar Əskərov və şirkətin layihələr üzrə meneceri Rəşad Məmmədovla görüşüb.
Görüş zamanı "TransTech Capital LLP" şirkətinin baş tərəfdaşına BBF şirkətində yaradılmış şərait barədə məlumat verilib. M.Sinoplu BBF-də olan layihələrlə tanış olub, iki şirkət arasında təcrübə mübadiləsi, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru