Baş bankirdən manat açıqlaması - “Susmağımızın səbəbi budur”

30-11-2016, 16:30           

"Azərbaycan manatı neftin qiymətinin 45-50 dollar/barel səviyyəsində üzməsinə adaptasiya olunub".

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov qeyd edib ki, əsas prioritet sabitləşdirmədir: "Son məqsəd insanların, dövlətin gəlirlərinin artırılmasıdır".

Modern.az-ın məlumatına görə isə, baş bankir yeni sənəd üzərində iş getdiyini bildirib: "Maliyyə Sabitliyi Şurasında ölkənin yeni iqtisadi modeli haqqında sənəd hazırlanır və bunun detalları hələ ki, tam açıqlanmır. Maliyyə Sabitliyi Şurasından ciddi iş və müzakirələr gedir. Bütövlükdə makroiqtisadi sabitlik iqtisadi və sosial sabitliləşdirmə, yeni iqtisadi modelə keçməklə bağlı yeni sənəd üzərində işləyirik. Susmağımızın səbəbi budur. Bu sənəd razılaşdırılmayana qədər hələ ki, susmağa üstünlük veririk. Bütövlükdə Zahid Oruc və digər deputatların iradlarını qəbul edirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.