Metroda daha bir "ÇP"

30-11-2016, 17:58           
Metroda daha bir "ÇP"
“Bakı Metropoliteni”nin “Azadlıq prospekti” stansiyasında hərəkət edən qatarda nasazlıq yaranıb”.

Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, qatar hərəkətdə olarkən problem yaranıb: “30 saylı qatarda nasazlıq baş verib. Sərnişinlər “Nəsimi” stansiyasında qatardan boşaldılıb və qatar texniki baxış üçün depoya göndərilib. Narahatlıq üçün əsas yoxdur”.

N.Paşayev bildirib ki, stansiyaya yeni qatar göndərilənə qədər intervalda gecikmə yaranıb. Hazırda qatarların hərəkətində interval bərpa edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru