37 yaşlı keçmiş məhkum üzərinə benzin tökərək özünü yandırıb

1-12-2016, 22:18           
37 yaşlı keçmiş məhkum üzərinə benzin tökərək özünü yandırıb
Bakıda 37 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

Hadisə Sabunçu rayonu R.Axundov küçəsi, 10 ünvanında qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Fərzani Cəbrayılov üzərinə benzin tökərək özünü yandırmaqla intihara cəhd edib. F.Cəbrayılov yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun dindirilməsi mümkün olmadığından intihara cəhd etməsinin səbəbləri bilinmir.

Qeyd edək ki, F.Cəbrayılov əvvəllər məhkumluq həyatı yaşayıb. (“Report”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru