"Qoca", qardaşları və atası həbs edildi - Narkotik əməliyyatı/ VİDEO

1-12-2016, 23:26           

Bərdədə ata və 3 oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar.

ARB TV xəbər verir ki, Bərdə rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, 30 yaşlı Elgiz Məmmədov qardaşı 24 yaşlı Manaf Məmmədovla birlikdə Elçin Əliyevə narkotik maddə satarkən iş başında yaxalanıblar.

Bundan sonra Məmmədovların yaşadıqları evə baxış keçirilib. Saxlanılan şəxslərin atası 49 yaşlı Ədilxan Məmmədovun və daha bir qardaşı, 33 yaşlı Samir Məmmədovun otağından qurudulmuş marixuana aşkar edilib.

Müstəntiq Vəkil Əsgərov bildirib ki, 30 yaşlı Elgiz Məmmədov kriminal nüfuza malik şəxsdir və el arasında "Qoca" ləqəbi ilə tanınır.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru