Mərkəzi Bankın valyuta ehtiyatları artdı

4-12-2016, 12:47           

2016-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları oktyabr ayı ilə müqayisədə 5,5 milyon dollar (0,14 faiz) artaraq 4 011 milyon dollara çatıb.

Bu barədə Axar.az Mərkəzi Bankın saytında yerləşdirilmiş statistik məlumatlara əsasən bildirir.

İlin əvvəlindən Mərkəzi Bankın valyuta ehtiyatları 1005,7 milyon dollar və ya 20,05 faiz azalıb.

Qeyd edək ki, AMB-nin ehtiyatları 2014-cü ildən azalmağa başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.