İŞİD liderlərindən daha biri öldürüldü

5-12-2016, 01:02           
İŞİD liderlərindən daha biri öldürüldü
Əfqanıstanda İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib.

APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Məhəmməd Nəsir adlı səhra komandiri Darzab şəhəri yaxınlığında Əfqanıstan hərbçiləri tərəfindən öldürülüb.

Məlumata görə, M.Nəsir ilə yanaşı daha iki silahlı məhv edilib.

Qeyd edək ki, İraqın Mosul şəhərinin ekstremistlərdən azad edilməsi üzrə həyata keçirilən hərbi əməliyyat nəticəsində İŞİD terror təşkilatının 1000-dən çox üzvü məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru