Yadplanetlilər hazırda təkamül keçirir - Şok

5-12-2016, 10:36           

Edinburq Universitetinin mütəxəssisləri yeni bir iddia irəli sürüb.

Axar.az xəbər verir ki, universitetdə çalışan elm adamları başqa planetlərdə həyat axtaran zaman sönmüş, qəhvəyi ulduzlarda da əlverişli yaşamın ola biləcəyi qənaətinə gəlib.

Sözügedən sönmüş ulduzlar aktiv ulduzlarla eyni xüsusiyyətlərə malikdir, sadəcə, onların kütləsi azdır. Lakin ehtimallara görə, bu kiçik ulduzlarda dünyada olduğu kimi normal atmosferin, istiliyin və cəzbetmənin olması mümkündür.

Elm adamları bu ehtimala əsaslanaraq, yadplanetlilərin məhz sönmüş, qəhvəyi ulduzlarda yaşadığını, hətta təkamül prosesi keçirdiklərini iddia edir.

Qeyd edək ki, bu qəhvəyi, sönmüş ulduzlar aktiv ulduzlara nisbətən dünyaya daha yaxındır və onların sayı 10-ə qədərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru